Hərbi paradda Azərbaycan yeni silah növlərini nümayiş etdirəcək

İyunun 26-da keçiriləcək hərbi paradda Azərbaycanın raket hücumundan müdafiə sistemi nümayiş etdiriləcək. Bu barədə müdafiə naziri Zakir Həsənov Ali Hərbi Məktəbin kursantlarının qarşısındakı çıxışında bildirib.

Söhbət düşmənin ərazisinin dərinliyində yerüstü və hava hədəflərini məhv etməyə qadir olan uzaq məsafəli raket-artilleriya sistemindən gedir.

Nazirin sözlərinə görə, bir neçə il ərzində Silahlı Qüvvələrin hərbi maşınları tamamilə yenilənəcək, yeni artilleriya sistemləri alınacaq. Ordu 90% avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz ediləcək.

Qeyd edək ki, Azərbaycan C 300 Favorit HHM, C 200, BUK M1, TOP2E (Rusiya), "Jeleznıy kupol", "Barak" və "Spayder" (İsrail), həmçinin İsrail və Rusiya istehsalı olan bir neçə radar sisteminə malikdir.

Bu ilin iyununda Azərbaycan orta məsafəli "Polonez" (Belarus) və LORA (İsrail) raket kpmpleksləri alıb.

Turan