“Rusiya və İsrail İran qüvvələrinin Suriyadan çıxarılması mövzusunda razılaşıb”.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Sazişin icra olunub-olunmadığına dair cavab verə bilməyəcəyəm, ancaq tərəflər sazişdən məmnundurlar. Saziş indi həyata keçirilməsə belə, gələcəkdə həyata keçiriləcək”, - rusiyalı diplomat deyib.
Xatırladaq ki, daha əvvəl İsrailin “Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.
Dünən isə İsrailin “Jerusalem Post” qəzeti bildirib ki, Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar.
Nəşrin yazdığına görə, xüsusi halda İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.
Rusiyadan İrana gözlənilməz zərbə - İsraillə razılaşdı

Oxşar xəbərlər