Kərbəlada ən böyük onkoloji mərkəz tikilir

İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin dəstəyi ilə xərçəng xəstəliyinin müalicəsi məqsədilə onkoloji mərkəz tikilir. 
 
"imamhussain.org" saytına istinadən xəbər verilir ki,  “Xeyratul-Sibtəyn” şirkətinin  mühəndisi  Məhəmməd Tahir deyib ki,  hazırda mərkəzin tikinti işlərinin 60 faizi yekunlaşıb. “Onkoloji mərkəz dünyanın ən yeni və ən yaxşı tibb avadanlıqları ilə təchiz olunacaq.”
 
O bildiirb ki, onkoloji mərkəz 3 hektar ərazidə tikilir. “Mərkəz 3 ayrı binadan ibarətdir. 1-ci binada topikal radioterapiya, kemoterapiya, şüa diaqnozu, təcili yardım xidməti, əczaçılıq və laboratoriya xidmətləri göstəriləcək. 2-ci binada tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulub, eləcədə bu binada kilinklər yerləşəcək. 3 –cü bina  4 mərtəbəli binadır ki, orada xəstələrin yerləşdirimləsi və müalicəsi nəzərdə tutulur.”
 
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəmi  bir çox tibb mərkəzi və xəstəxana tikib ki, onlardan  Xatəmül-Ənbiya (s) adına  ürək və damar xəstəlikləri xəstəxanasını,  İmam Zeynəl-abdin (ə) adına xəstəxana və digərlərini göstərmək olar.