Respublika Narkoloji Mərkəzində müalicə alan xəstələr yaxın 1-2 ay ərzində yeni binaya köçürüləcək.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, yeni mərkəzdə hazırda təmir işləri aparılır:
"İşlər başa çatan kimi yeni Narkoloji Mərkəzi istifadəyə veriləcək. Yeni mərkəzin may ayının sonu iyun ayının əvvəlində açılacağı gözlənilir. Narkoloji Mərkəz müayinə və müalicə işini yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib”.
Yeni Narkoloji Mərkəz Sabunçu rayonu ərazisində yerləşəcək və 4 korpusdan, 300 çarpayıdan ibarət olacaq. Narkoloji asılılıqdan müalicə alan insanlar yeni Mərkəzdə müalicə alacaq.
Qeyd edək ki, bu ilin mart ayında Narkoloji Mərkəzdə korpusların birində yanğın baş vermişdi. Yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Xilas edilən xəstələr digər müəssisələrə yerləşdirilib.
Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov aprelin 17-də səhiyyə nazirinin vəzifəsini icra edən Oqtay Şirəliyevin əmri ilə işindən çıxarılıb. Direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
25 nəfərə məzar olan Narkoloji Mərkəzin yeni binası bu tarixdə istifadəyə veriləcək

Oxşar xəbərlər