Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxınlaşır

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxınlaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduğunu açıqlayıb.

Prezident Ərdoğan Kayseridə verdiyi açıqlamada Qafqaz bölgəsində tarixi bir inkişafın astanasında olduqlarını bildirib.

Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduqlarını bildirən Ərdoğan deyib: "İki qonşu ölkə arasında uzun müddətdir davam edən danışıqlar müsbət nəticəyə doğru irəliləyir. Tərəflər normallaşma addımları çərçivəsində vacib məsələlərdə razılığa gəliblər. Bu inkişaf bölgədə davamlı sülhün bərqərar olması baxımından ümidverici hesab olunur."

Ərdoğan əlavə edib: "Azərbaycanla dialoq apararkən, Ermənistanla da normallaşma proseslərimizi irəlilədirik."