Azərbaycanlı zəvvar Kərbəlada itkin düşdü

Azərbaycanlı zəvvar İraqda itkin düşüb.

Məlumata görə, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu Nəcəf-Kərbəla yolunda yoxa çıxıb.

İ.Əliyevin oktyabrın 27-də azərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşdüyü bildirilir.

Qeyd edək ki, itkin düşən azərbaycanlının əqli qüsuru olub.