Kərbəla Polis Komandanlığı etiraz aksiyalarında 20 nəfərin öldüyünə dair çıxan iddiaları təkzib edib.
Publika.az xəbər verir ki, polis şəhərdə sadəcə 1 nəfərin öldüyünü, onun da aksiyalardan çox uzaqda olduğunu bildirib.
Açıqlamada ölü sayı bağlı gerçək rəqəmləri öyrənmək üçn Hüseyni Xəstəxanasındakı Tibbi Ekspertiza qurumuna müraciət edə biləcəkləri də qeyd olunub.
Mətbuatda çıxan xəbərlərin reallığı əks etdirmədiyi vurğulanan məlumatda bu xəbərlərin xalqı təşvişə salmaq, qıcıqlandırmaq məqsədi daşıdığı bildirilib. Əsassız xəbərlər yayanların isə məhkəməyə veriləcəyi deyilib.
Qeyd edək ki, aksiyalardakı ölüm xəbərlərini qeyri hökumət təşkilatları yayıb. Onlar xəstəxanalardakı meyitlərin görüntülərini sosial mediaya yükləyiblər.
***
11:54
İraqın Kərbəla şəhərində işsizlik, sosial xidmətlərin çatışmazlığı kimi səbəblərdən başlayan və daha sonra hökumətə qarşı çevrilən etiraz aksiyaları 4-cü gündür ki, davam edir.
Publika.az xəbər verir ki, etirazçılarla polis arasında baş verən qarşıdurmada bu günə qədər 20 nəfər ölüb, 858 nəfər yaralanıb.
Polis iğtişaşçıları dağıtmaq üçün silahdan istifadə edir.
Sosial mediada polisin zorakılığı və Kərbəla xəstəxanasındakı meyitlərin görüntüləri paylaşılır.
Paytaxt Bağdadda gecə boyu küçəyə çıxma qadağası qoyulsa da, yüz minlərlə etirazçı Təhrir meydanına toplaşıb. Burada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən insident nəticəsində 5 nəfər həlak olub, 112 nəfər yaralanıb.
İraq İnsan Haqları Ali Komissarlığı etiraz aksiyalarında ölənlərin sayının 74 olduğunu açıqlayıb. Lakin İraq mətbuatı bu rəqəmin 100-ə yaxın olduğunu iddia edir.
Kərbəlada nə baş verir?

Oxşar xəbərlər