AXCP sәdri Әli Kәrimli hakimiyyәtin ona vә rәhbәrlik etdiyi tәşkilata qarşı yeni tәxribat planı barәdә yazaraq, buna sәrt reaksiya göstәrib. Feysbuk sәhifәsindә paylaşdığı yazıda Ә.Kәrimli qeyd edir ki, İlham Әliyev korrupsiya әmәllәrinә görә dünyada ifşa olunmasının hayına qalmaqdansa, AXCP-yә qarşı yeni hücuma göstәriş verib. Yazını tәqdim edirik:
“Dünya mətbuatının gündəmini yenə Əliyevlərlə bağlı növbəti korrupsiya skandalı zəbt edib. Az qala hər gün beynəlxalq media, araşdırmaçı jurnalistlər onun ailəsinin hansısa ofşor hesabını tapır.
“The Guardian” yazır ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra qızlarının əlində nəhəng şəxsi biznes imperiyası cəmləşib. Bura dəbdəbəli malikanələr, telekommunikasiya və qızıl sektoruna aid böyük şirkətlər daxildir. Əliyevlər ailəsinin pullarını ofşor hesablara yatırmağa yardım etdiyi üçün Böyük Britaniyadakı “Child & Child” hüquq firmasının hüquqşünası Xalid Şərifi hüquqşünasların intizam tribunalına cavab verməlidir. Onunla bağlı araşdırma başlayıb.
İlham Əliyev isə oturub öz dərdini çəkmək, dünyanın müxtəlif guşələrində onun ailəsilə bağlı aparılan korrupsiya aparşdırmalarına necə cavab verəcəyini düşünmək əvəzinə “ən yaxşı müdafiə hücumdur” prinsipi ilə rəqiblərini şərlətdirmək göstərişi verib.
İndi məlum olur ki, son 9 gündə bir ailəyə -Rüstəmlilər ailəsinə divan tutmaq da bizə görə imiş. Xalq Cəbhəsinə, onun lideri olaraq şəxsən mənə böhtan atdırmaq üçün Saleh Rüstəmlini 9 gün öncə oğurlayıblar, harada olduğunu belə yaxınlarından və vəkillərindən gizlədiblər. Qardaşı oğlunu və digər iki qohumunu da həbs ediblər. Özünə və qardaşıoğluna işgəncə verərək, ailəsinin qadın üzvlərilə şantaj edərək, özünə və AXCP rəhbərliyinə şər məzmunlu hansısa yalan ifadələri ona imzalatdırıblar. Zorla ona imzalatdırıblar ki, AXCP-yə hər ay böyük miqdarda pul verirmiş. Dərdləri AXCP-dir, Əli Kərimlini şərləməkdir.
Saleh Rüstəmli AXC hakimiyyəti dövründə Gәdəbəy rayonunun icra hakimiyyətinin başçısı olub. 20 ildən artıqdır ki, Azərbaycanı tərk edib. Rusiyada öz kiçik biznesini qurub. Yazılarından, feysbuk paylaşımlarından görürdüm ki, Xalq Hərəkatı ideyalarına sadiqdir. Yenə də bizim tərəfdarımızdır. Ancaq uzun illərdir ki, Saleh bəylə görüşmürdüm. O, aktiv siyasətlə məşğul olan biri də deyil. Ancaq həyasızlığa baxın ki, Saleh bəyi də, qardaşı oğlu Vidadi Rüstəmlini də indi məlum olur ki, 100 faiz siyasi motivlə həbs ediblər, onlardan zor gücünə AXCP-yə qarşı şər məzmunlu ifadələr alıblar, ancaq sonra da külli miqdarda narkotiklə şərləyib, onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə ittiham irəli sürüblər.
Saleh Rüstəmli də, qardaşı oğlu Vidadi Rüstəmli də, onların ailələri də rejimin qurbanlarıdır. Eynən hazırda həbsdə olan 160 nəfər digər siyasi məhbuslar kimi. Baxın, nə Azərbaycan xalqı, nə də dünya sizin şərlədiyiniz adamları cinayətkar hesab edir. Avropa İttifaqı parlamenti elə dünən qəbul etdiyi qətnamədə Azərbaycanla hər hansı sazişin imzalanması üçün bütün siyasi məhbusların azad edilməsini şərt olaraq irəli sürüb. Azərbaycan xalqı da sizin zülmünüzdən xilas olmaq əzmindədir. İstəyirsiniz bütün cəbhəçiləri narkoman, məni də ən böyük narkobaron – Eskobar elan edin, xeyri yoxdur. Siz bu xalqın azad olmaq arzusunu boğa bilməyəcəksiniz. Vaxtı çatmış ideyaların qarşısını heç bir güc ala bilməz. Bu ölkədə köklü demokratik dəyişikliklər isə artıq vaxtı çatmış ideyadır. Qarşısını ala bilməyəcəksiniz!”
azadliq.info
Hakimiyyәtin yeni tәxribat planına Әli Kәrimlidən sәrt reaksiya

Oxşar xəbərlər