Qazi evinə od vurub yandırdı: “Niyə icra başçısına pul verməliyəm?" - Video

"Üç gün ərzində səsimə səs verməsəniz, özümü qaz borusundan asacam. Mən korrupsiyaya yox deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?”.
 
Criminal.az-ın məlumatına görə, bu sözləri icra hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov elə müsahibə verdiyi Kanal13-ün kamerası önündə evinə od vurub.
 
Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, bu gün saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: ”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”.
 
Sözünü deyib bitirən F.Əkbərov sonra evə benzin tökərək yandırıb.
 
Məsələ ilə bağlı İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
 
Həmin anı buradan izləyə bilərsiniz: