Din xadimlərinə maddi dəstək verilməsi üçün İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayırıb. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, təyinatı olan və maddi dəstək alan din xadimlərinin sayı 1000 nəfərdən çoxdur:
“Rəsmi təyinatı olan din xadimləri dəstək alacaq. Bu din xadimləri ilə Mənəvi Dəyərlərin Təbliği Fondu arasında müqavilə imzalayıb. Müqavilədə maddi dəstəyin hansı şərtlər daxilində verildiyi qeyd olunub. Həmin din xadimlərinin mənəvi dəyərlərə töhfəsi də nəzərə alınıb. Maddi dəstək alan din xadimlərinin iş rejiminə Qafqaz Müsəlmanları İdarəsi və fond tərəfindən nəzarət ediləcək. Burada kiminsə kənardan dəstək alması ehtimalı yoxdur və mümkün də deyil. Yəni burada yalnız Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası tərəfindən rəsmən təyin olunan 3 kateqoriyadan olan din xadimlərinə maddi dəstək nəzərdə tutulur – mütəvəlli, imam naib və imam”.
Qurbanlı bildirib ki, din xadimlərinə veriləcək maaşların məbləğini də Maliyyə Nazirliyi təsdiqləyib: “Mütəvəlli 200-250 manat, imam naiblər 300 manatdan artıq, imamlar isə 400 manat alacaq. Naxçıvanda da 200-ə yaxın məsciddə çalışan, bu kateqoriyadan olan şəxslər müəyyənləşib. Artıq din xadimləri müəyyənləşib ki, onlar da bu formada maddi dəstək alacaqlar”.
Din xadimlərinə 200-400 manat arası maaş veriləcək

Oxşar xəbərlər