"Məktəb psixoloqlarının maaşlarının artırılması üçün plan hazırlayırıq".
Modern.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.
Onun sözlərinə görə, psixoloqların öz vəzifələrini müsbət şəkildə yerinə yetirdiyi məktəblərdə insidentlərin qarşısını almaq mümkün olur:
"Ən pis hal odur ki, bizim psixoloqlara biganəlik var. Buna yol vermək olmaz. Buna görə də düşünürəm ki, hər bir psixoloq və müəllim şagirdlərə məsuliyyətlə yanaşmalıdır. Biz Təhsil Nazirliyi olaraq psixoloqların maaşlarının artırılması üçün planlar hazırlayırıq və ümumiyyətlə, bu peşənin genişləndirilməsinə, mütəxəssislərin artırılmasına çalışırıq".
Məktəb psixoloqlarının maaşı artacaq

Oxşar xəbərlər