Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, səbəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün nəzərdə tutulan 900 nəfərlik kvotaya daha 200 yer əlavə edilib. Bu günə qədər cəmi 100 yer boş qalıb. Sənəd qəbulunun son günü kimi mayın 1-i nəzərdə tutulsa da, müddət ayın10-na qədər uzadılıb.
Qeyd edək ki, bu il Azərbaycan üçün əvvəlcə 2000 yer nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvotalar müəyyən etməsi göstərilirdi. Lakin bildirilmişdi ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda, sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Azərbaycanlı zəvvarlar üçün kvota artırıldı

Oxşar xəbərlər