Həcc ziyarətinə gedən zəvvarların ilk dəstəsi avqustun 2-də Azərbaycandan Məkkəyə yola düşəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin həcc ziyarətinin təşkili Xidməti bildirib.
Dörd gün ərzində hər gün iki aviareys dindarları Məkkəyə aparacaq. Azərbaycan üçün zəvvarların sayı üzrə kvota tam dolub, mənbə bildirib.
Xatırladaq ki, bu il Azərbaycan üçün kvota 1400 nəfər təşkil edib. Bu il zəvvarlığın qiyməti 75 dollar artaraq 4225 dollar təşkil edib.
Məkkəyə uçuşlar AZAL-ın 6 təyyarəsi ilə həyata keçiriləcək.
Bu il Həccin başa çatması və Qurban bayramı avqustun 12-13-də qeyd olunacaq.-02D-
Dindarlar Həcc ziyarətinə hazırlaşırlar

Oxşar xəbərlər