Çində zəvvarların üzərinə GPS yerləşdirildi

Çin İslam Təşkilatının yayımladığı fotolarda Çinin bəzi bölgələrindən Pekin Hava Limanına gələrək Həcc ziyarətinə getməyə hazırlaşan zəvvarların boyunlarındakı mavi ipə "mikro kartlar" yerləşdirildiyi ortaya çıxıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu kartlara GPS izləmə və zəvvarların fərdi məlumatları yerləşdirilib. Çin İslam Təşkilatının açıqlamasına görə, bu, Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub.
 
İnsan haqları aktivistləri isə Çindəki müsəlman azlığın izlənilməsini onlara qarşı təzyiqin bir növü kimi dəyərləndiriblər. London Kral Kollecinin insan hüquqları üzrə mütəxəssisi Eva Pils bunda əsas məqsədin müsəlmanları cəzalandırmaq olduğunu bildirib:
 
"GPS izləmə kartları daha çox cinayətdə şübhəli bilinən və ya cəzası təxirə salınmış şəxslərin izlənilməsi üçün nəzərdə tutulub. Bu, ibadətlərini yerinə yetirən müsəlmanları cəzalandırmağın bir başqa yoludur".
 
ABŞ Xarici İşlər Nazirliyinin ötən həftə yaydığı açıqlamaya görə, Çində yüz minlərlə müsəlman uyğur saxlanılıb. Çinli vəkil Cerome Kohenə isə bunu 1950-ci illərdəki "sağ əleyhidarı" kampaniyasından bu yana olan ən genişmiqyaslı nəzarətə götürmə əməliyyatı adlandırıb.
 
Çindəki dini tənzimləməni görməməzlikdən gələn Birləşmiş İş Cəbhəsi Nazirliyi və İctimai Təhlükəsizlik Nazirliyi bu barədə açıqlama verməkdən yayınsalar da, daha öncə Çin rəsmiləri məhdudlaşdırıcı siyasətin terrora qarşı mübarizədə önəmli olduğunu açıqlamışdılar.
 
Hökumət idarəçiliyində olan "Global Times" nəşri həccə gedən müsəlmanların 1/3-nin bu cihazdan istifadə etdiyini, Sincan müsəlmanlarının isə izləmə cihazını geyinməkdən imtina etdiyini yazıb.
 
Cihazları istehsal edən "Beijing Fengjiang Technology Co." şirkəti gələcəkdə bu cihazların geniş şəkildə tətbiq olunub olunmayacağı barədə dəqiq məlumat verməyib.
 
Çin İslam Təşkilatı da açıqlama verməkdən yayınıb.