İmam Hüseyn (ə) ziyarətgahının Din İşləri Departamentinə bağlı “Varis-ul Ənbiya” Fondu tərəfindən Tanzaniyanın Kigoma bölgəsində Həzrət Zəhra məscidinin açılışını həyata keçirilib.
Məscid yerli əhali üçün ibadət və görüş məkanı kimi inşa edilib.
Burada sakinlərin namaz qılması, dini vəzifələrini yerinə yetirməsi, dini və əxlaqi dəyərlərini möhkəmləndirməsi nəzərdə tutulur. Müəssisənin, həmçinin dini, təhsil və mədəni proqramlara ev sahibliyi etməsi, yerli əhalinin rifahına töhfə verməsi və gələcək nəsillərin dini və əxlaqi dəyərlərə uyğun şəkildə yetişdirilməsinə dəstək göstərməsi gözlənilir.
Fond bildirib ki, açılış mərasimində çox sayda yerli sakin iştirak edib. İştirakçılar məscidin tamamlanmasından məmnunluqlarını və sevincini ifadə edərək, layihəyə töhfə verən şəxslərin dəstəyini və davamlı səylərini yüksək qiymətləndiriblər.
İştirakçılar İmam Hüseyn ziyarətgahının Baş Katibliyinə və məscidin inşasında əməyi olan hər kəsə təşəkkürlərini çatdıraraq, layihənin bölgə sakinləri və gələcək nəsillər üçün uzunmüddətli perspektivdə böyük əhəmiyyət daşıyacağını vurğulayıblar.
Bu layihə müqəddəs ziyarətgahın dünya miqyasında dini və humanitar təşəbbüslərə dəstək göstərmək istiqamətində həyata keçirdiyi daha geniş fəaliyyətlərin bir hissəsidir. Bu cür təşəbbüslər vasitəsilə Əhli-Beytin (ə) təlimlərinin yayılması, müsəlman icmalarına və cəmiyyətlərinə mənəvi, təhsil və mədəni dəstəyin göstərilməsi məqsədi daşıyır.
Tanzaniyada Xanım Zəhra (s.ə.) adına məscid inşa edilib

Oxşar xəbərlər