Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub, 18 nəfər yaralanıb

Suriyada rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında partlayış baş verib.

"Əl-Hədəs" məlumat yayıb ki, hotelin yaxınlığında partlayıcı quraşdırılmış avtomobil partladılıb.

Məlumata görə, Fransa prezidenti partlayış baş verməzdən az əvvəl həmin ərazini tərk edib.

Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hakimiyyət orqanları Dəməşqin bir sıra yollarını bağlamağa başlayıb.

Partlayış nəticəsində 18 nəfər xəsarət alıb. “SANA” xəbər verir ki, xəsarət alanlardan 4 nəfəri polis əməkdaşıdır.

Hadisə ilə bağlı artıq Fransa tərəfi də açıqlama yayıb. Yeliseydən verilən açıqlamada bildirilir ki, Makron heç bir partlayış səsi eşitməyib.