Şeyx Nəim Qasim: Bütün dünya Livana qarşı müharibəyə qalxsa belə, tərksilahı qəbul etməyəcəyik

Hizbullahın baş katibi ABŞ, İsrail və onların Livan daxilindəki muzdlu qüvvələrinə qəti mesaj göndərərək bildirib: ABŞ bilməlidir ki, biz müdafiə olunacağıq. Hətta göy yerlə bir olsa belə, İsrailin məqsədlərinin reallaşdırılması naminə tərksilah olunmayacağıq.

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim bu gün – şənbə günü Həzrət Fatimənin (s) mövludu münasibətilə çıxış edərək bildirib ki, İsrailin əsas məqsədi Livanı məhv etməkdir.

O, çıxışının davamında sionist rejimlə atəşkəs razılaşması məsələsinə toxunaraq deyib: Atəşkəsdən sonra biz əvvəlki mərhələlərdən köklü şəkildə fərqlənən yeni mərhələyə daxil olmuşuq. Buna görə də fəaliyyətimiz də fərqli olmalıdır.

Şeyx Nəim Qasım Livan dövlətinin suverenliyin və müstəqilliyin möhkəmləndirilməsinə cavabdeh olduğunu vurğulayaraq qeyd edib: Hizbullah bu razılaşmanın icrası ilə bağlı hökumətə maksimum əməkdaşlıq göstərib. Bununla belə, İsrailin hücumları Livan və hamımız üçün ciddi təhlükədir.

 

Hizbullah ABŞ və İsrail qarşısında təslim olmayacaq

Hizbullahın baş katibi bildirib ki, İsrailin razılaşmadan sonra atdığı hər bir addım təcavüzün davamı hesab olduğunu bildirərək deyib: Düşmən İsrailə qarşı Hizbullahın çəkindirmə gücü istisna haldır. Təcavüzün qarşısının alınması dövlət və ordunun üzərinə düşür, Hizbullahın vəzifəsi isə yalnız dəstək verməkdir.

O vurğulayıb ki, dünyada heç bir müqavimət hərəkatı öz düşməninə qarşı 17 il ərzində çəkindirmə yarada bilmədiyini deyərək əlavə edib: Hizbullahın əsas missiyası azadlıqdır. Dövlət və ordu çəkindirmə vəzifəsini daşıyır və əgər bunu yerinə yetirə bilməsələr, Hizbullah onlara dəstək göstərir.

Qasim çıxışının davamında deyib: Əgər ordu Livanı qorumağa qadir deyilsə, biz Hizbullah olaraq onun tərksilahını tələb etməliyikmi?

Hizbullah Livanın gücündən istifadə üçün müdafiə strategiyasının formalaşdırılmasına razıdır, lakin İsrail və ABŞ qarşısında təslim olmayacağını vurğulayır.

Hizbullahın baş katibi qeyd edib ki, Livan hökumətinin problemi ölkənin inkişafı üçün silahın yalnız bir qurumun nəzarətində olması məsələsi deyil. O əlavə edib: Hazırda irəli sürülən silahın yalnız bir qurumun nəzarətində olması tələbi ABŞ və İsrailin tələbidir. Bu məntiq Livanın gücünün məhv edilməsi deməkdir.