İsrail 150 min insanın Qəzzanı tərk etdiyini bildirib

Son sutka ərzində Qəzza şəhərindən təxminən 150 min insan təxliyə olunub.

Bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, insanların təxliyə olunması ordunun bəyanatından sonra baş verib. Bəyanatda sakinlər Qəzza şəhərini tərk etməyə çağırılıb və ordunun HƏMAS-ın qalan mövqelərinə hücum planlaşdırdığı bildirilib.