Ceyhun İlyasov azadlığa buraxılıb

Amnistiya layihəsinin icrası çərçivəsində bu gün axşam saatlarında Müsəlman Birliyi Hərəkatının (MBH)daha bir üzvü azadlığa qovuşub.

17 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Ceyhun İlyasov 2023-cü il 30 mart tarixində saxlanılmışdı. Saxta narkotik ittihamları ilə təqsirləndirilən inanclı 28 sentyabr 2024-cü il tarixində məhkəmə qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Ceyhun İlyasov bu gün azadlığa çıxan sayca dördüncü hərəkat üzvüdür.