İki ruhani azadlığa qovuşdu

Aministiya aktı çərçivəsində iki ruhani azadlığa qovuşub. Onlardan biri Siyasət Bağırov, digəri isə İmran Ələsgərovdur. Hər iki ruhani bu gün cəza çəkdikləri müəssisədən azadlığa çıxıblar.

Xatırladaq ki, Siyasət Bağırov cəmiyyətdə  "Ustad Ruhani" kimi tanınan Neftçala rayon sakinidir. İllərdir dini dəyərlərin təbliğində əvəzsiz xidmətinə baxmayaraq o, 2023-cü ilin martında inanclıların kütləvi həbsi layihəsi çərçivəsində saxlanılmış və barəsində saxta narkotik ittihamı verilmişdi.

Ruhani bu ittihamla da 2023-cü ilin 19 dekabr tarixində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İmran Ələsgərov da 2023-cü ilin martında saxlanılanlardandır. İlahiyyatçı narkotiklərlə şərlənərək həmən ilin 24 noyabr tarixində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.