İsrail və İran arasında müharibə bitdi, lakin...

İsrailin hücumu ilə iyunun 13-də başladılan İsrail-İran müharibəsi ötən gün iyunun 24-də bitdi. Müharibədə itkilər, tərəflər və bu sülhə sevinənlərin təəssüratlarına varmadan sülhün dünya insanının haqqı olduğu ilk sətir olaraq qeyd edilməsi hər kəsin məntiqli nəticəsi olardı. Dünya müharibəsiz, sülh və əminəmanlıq şəraitində bir məkan olmalıdır. Təəssüf ki, çox zaman şəxsi ambisiyalar, maraq və hegemonluq, istismar və diktatur baxışlara qurban edilərək böyük itkilərə səbəb olan müharibələr törədilir. Hansı ki, İsrailin İran torpaqlarına hücumu belə bir savaşın əsasını qoydu.

Bu ara müharibə və aqressiya olaraq dünya üçün təhlükə saçan və artıq terror “dövləti” olaraq maraqlarını ortaya qoyan İsrail öz tarixinin ilk böyük dağıntı, itkiləri ilə baş-başa qalan bir həqiqəti yaşamış oldu. Bütün qonşu dövlətləri ilə müharibədə olan İsrail ilk qəsbkarlıq siyasətini hal-hazırda ərazisini cəhənnəmə çevirərək mənimsədiyi Fələstin torpağı ilə başlayır. 1967-ci ilin iyununda qonşuları Misir, Suriya və İordaniyanın torpaqlarını işğal etdi. 90-cı illərdən Livanla başlayan qəsbkarlıq bu gün çərçivəsini yetərincə genişləndirib.

Torpaqlarının böyük hissəsini qəsb etdiyi Fələstini ikiyə bölən İsrail Livan, Suriya, Yəmənlə də müharibə şəraitindədir.

İranla başladılan müharibə aralarında sülh imzalansa da, bəlli ki, bu da düşmən dövlətlər sırasında İsrailin növbəti qara siyahısındakı dövlətdir. Bu sırada dünyanın böyük əksəriyyətinin İsrail vəhşiliklərinə, soyqırım siyasəyinə etirazı bu rejimin dünya üçün də arzulanmaz bir simaya malik olduğuna əyani nümunədir.

Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ilin iyununda çıxardığı qərarına əsasən İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasəti beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Həmən ilin noyabrı İsrail rəsmilərinə Beynəlxalq Cinayət Məhkəməsində CİNAYƏTKAR möhürü vuraraq həbs cəzası kəsməsi bu mövzu haqqında bütün həqiqətləri ortaya qoyur.

Qeyd edilənlər İsrailin-israillik xislətidir: dağıdıcılıq, qəsbkarlıq və nifrət. Bu gün həqiqətin üzünə aydın baxmaq, İrana aşılanan kor nifrət, İsrailə təəssüb yaradaraq yönləndirilən sevgi bu həqiqətlərin həqiqət olmasını əsla dəyişdirmir. İsrail sevgisinin təbliğat maşını qaranlıq və işıq, düz və əyri, pis və yaxşı kimi iki qütbün qarşı-qarşıya qoyulmasına hesablanıb.

Bu təkcə İrana qarşı deyil, Livan, Fələstin, Yəmən, Suriya kimi hansı dövlətin adını çəksəniz İsrail maşını cəld onları ya saxta dəlillərlə Ermənistanın dostu, ya da Azərbaycanın hansısa bir düşmən obrazına tuş edəcək. Hansı ki, İsrail ərazisi erməni soyqırımına abidə və adına küçə verməsini görməzdən gəlmə kimi göstərməməkdə çox sərrasdır.

Bu siyasətdə medianın oynadığı “mükəmməl” rol İsraili qanadlandıraraq mələyə çevirmə cəhdinə baxmayaraq İsrail dünya üçün soyqırım siyasəti həyata keçirən, qonşu dövlətlərin ərazilərini qəsb edən uşaq qatilindən başqa bir şey deyil. Bunu biz İsrail sevgisindən və ya İslam nifrətindən görmək istəməsək də mövcud vəziyyət dəyişməz olaraq qalacaq. Bir gün Azərbaycanda aparılan bu siyasət tənəzzülünü yaşayınca qəbul etmək istəməyənlər də bu həqiqətlə məcburi barışmış olacaqlar.

Beləcə ekskalasiya, təslimiyyət çağırışları fonunda İsrailin başlatdığı növbəti bir müharibə də bütün bunlar baş vermədən sonlandı. Müharibəni başlayan tərəflərin Amerika-İsrail birliyinin (əlbəttə bunlar müharibədə görünən tərəf olsa da görünməyən başqa dövlətlər də oldu ki, İsrailin müdafiəsi üçün tərəf olaraq aktiv İran raketlərini hədəfə aldılar) sülh istəməsi də bu müharibə haqqında bir çox fikirlər söyləyirdi ki, bu da növbəti yazı mövzusu olaraq qalsın.