“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”.
Bu barədə qurumun ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.
Onun sözlərinə görə, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.
Hökumətin əsaslandırmasına görə, BQXK-nin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac yoxdur. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.
BQXK 2020-ci il müharibəsindən əvvəl Dağlıq Qarabağda rəsmi təmsil olunan iki beynəlxalq təşkilatdan biri idi - ikincisi, 2023-cü ildə bağlanan Halo Trust.
Hazırda BQXK yeganə təşkilatdır ki, Azərbaycanda erməni məhbuslarla görüşüb, onların saxlanma şəraitinin və sağlamlıqlarının qeydə alınmasına diqqət yetirir.
ToplumTV
Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlayır