Papa Fransisk gələn il Türkiyəyə səfər etmək istədiyini bildirib. 2025-ci il Xristianlıq tarixi üçün əhəmiyyətli olan Nikea Şurasının 1700 illiyidir.
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk 2025-ci ildə Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.
İlahiyyat komitəsində iştirak edən Papa Fransisk Xristian Kilsəsinin birinci şurasının ildönümündə Türkiyəyə səfər etməyi planlaşdırdığını bildirib. "Müqəddəs il ərzində bizim ilk böyük Ekumenik Şuranın - Nikeaiyanın 1700 illiyini qeyd etmək imkanımız da olacaq. Ora getməyi planlaşdırıram" deyə Papa bildirib.
Xristianlıqda kilsəyə bağlı bütün yepiskopların iştirakı ilə keçirilən və mühüm dini məsələlərin müzakirə olunduğu və qərar verildiyi məclislərdən birincisi 325-ci ildə İznikdə təşkil edilmişdir. Vatikandan əvvəlki açıqlamaya görə, bu ilin iyun ayında İstanbuldan Fənər Rum Patriarxlığı heyətini qəbul edən Papa Fransisk bu qrupa gələn il Türkiyəyə səfər etmək arzusunda olduğunu bildirib.
Mayın əvvəlində etdiyi çıxışda Fənər Rum Patriarxı Varfolomey də Papanın əvvəlcə İstanbula, sonra isə İzniki ziyarət etməyi planlaşdırdığını bildirib.
Papa Fransisk 2025-ci ildə Türkiyəyə gələcəyini açıqlayıb