Bu ilin aprelində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında təmir aparılarkən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin sözlərinin əks olunduğu lövhə götürülüb.
“Bir kərə yüksələn bayraq bir daha enməz” yazılan lövhə təmirdən sonra yerinə qaytarılmayıb.
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən Qafqazinfo-ya verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq.
“Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq”, - Nazirlikdən bildirilib.
Əliyevlər hakimiyyəti dövründə Rəsulzadəyə və Azərbaycan Xalq Cümhuriyyətinə münasibət birmənalı olmayıb. Onun adı Bakı Dövlət Universitetindən və büstü adıçəkilən universitetin qarşısından götürülüb, uzun illər şəhərin mərkəzində - Kukla Teatrının qarşısında heykəli qoyulacağı deyilsə də, həmin abidə qoyulmayıb.
“Bir kərə yüksələn bayraq bir daha enməz” yazılan lövhə təmirdən sonra yerinə qaytarılmayıb