Ağa-Əli Yəhyayevin Apellyasiya məhkəməsi davam edib

Noyabrın 15-də Sumqayıt Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin (MBHİH) üzvü Ağa-Əli Yəhyayevin şikayət ərizəsinə baxıb. Məhkəmə Ağa-Əli Yəhyayevin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onun barəsində verilən şikayəti əsasında təyin olunub.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclas online olaraq keçirilib. Ağa-Əli Yəhyayevin də qatıldığı məhkəmədə vəkil Zibeydə Sadıqova çıxış etdi. İlk öncə o, qaldırılan 16 vəsadətin qəbul edilməməsinə etirazını bildirərək onların rədd olunması üçün əsaslar istədi. Müttəhimin saxlanılan və dindirilən zaman işgəcələr yaşadığını bildirən xanım vəkil kamera görüntülərinin verilməməsini hakimin diqqətinə çatdıraraq, özünün şəxsi telefonu ilə çətdiyi xəsarət faktlarının olduğunu məhkəmə iştirakçılarına bildirib. 

Məhkəmə gedişində əlaqələrin kəsilməsi, internet rabitəsinin qırılması məhkəmənin sonrakı gedişinə maneə yaratdığından hakim məhkəməni növbəti tarixə qədər ertələyib. O, növbəti iclasa qədər vəkilin qaldırdığı vəsadətlərin araşdırılacağını bildirərək bu dəfəki məhkəmə iclasını yekunlaşdırdı. 

Xatırladaq ki, AğaƏli Yəhyayev 2023-cü ilin 31 avqustunda saxlanılmış və barəsində narkotik ittihamı irəli sürülmüşdü. 2024-cü il sentyabrın 20-də o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.