İtaliyada israillilər otelə qəbul edilməyib

 İtaliya mətbuatında yayınlanan xəbərlərə əsasən, ölkənin şimalında yerləşən Alp dağlarının ətəyindəki Selva di kadore qəsəbəsindəki “Garni Ongaro” otelinin müdiri Patrik Onqaro qalmaq üçün gələn bir qrup israilli müştərini fələstinlilərə qarşı soyqırımın məsuliyyətini daşıyan bir ölkədən gəldikləri üçün otelə qəbul etməyib.

Noyabr ayının əvvəlində baş verən hadisədə otel müdirinin sözügedən müştərilərə göndərdiyi mesajda onları otelə qəbul etməmə səbəbini izah edərək rezervasiyalarını pulsuz ləğv etmək seçimini də təklif etdiyi qeyd edilib.

“İnstagram” və “X” kimi müxtəlif sosial media platformalarında Fələstinə dəstək verən çox sayda istifadəçi və hesablardan otel sahibinə dəstək mesajları paylaşılıb.

 

Az.shafaqna.com