“Real Madrid” səfərdə “Selta Viqo”nu məğlub edib

İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Selta Viqo” “Real Madrid”i qəbul edib.

Operativtv APA-ya istinadən xəbər verir ki, gərgin keçən qarşılaşmada paytyaxt təmsilçisi rəqibindən üstün olub – 1:2.

“Real Madrid”in heyətində qolları Kilian Mbappe və Vinisius Junior vurub. Meydan sahiblərinin heyətində isə Villiot Teo Svedberq fərqlənib.