3 ərəb ölkəsi İsrailə qarşı çıxdı - Bəyanat

İşğalçı İsrailin Livandakı hərəkətləri regionu genişmiqyaslı müharibəyə sövq edir.

Bu barədə Misir, İraq və İordaniya XİN başçılarının Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən bəyanatda vurğulanıb.

“Vəziyyətin pisləşməsinə görə bütün məsuliyyəti İsrail daşıyır”, - deyə bildirilib.

XİN başçıları işğalçı İsrailin Livan ərazisinə zərbələrini pisləyib:

“Bu, regionu genişmiqyaslı müharibəyə sövq edir. İsrail Qəzza zolağına təcavüzünü dayandırarsa, eskalasiya da dayanacaq”.