Azərbaycan hökuməti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir.
“Turan”ın məlumatına görə, İsrailin “Globes” nəşri Azərbaycana köçməyin mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.
“Xüsusən, Azərbaycan bu şirkətləri 10 il müddətinə korporativ vergidən, əmlak vergisindən, torpaq vergisindən və dividend vergisindən tam azad etməyi təklif edir. Bu, Azərbaycanın seçilmiş İsrail startaplarına təklif etməyə başladığı imtiyazların hamısı deyil. Bu addım Bakıda texnologiyalar parkının işə salınması ilə bağlıdır, lakin Azərbaycan hökumətinin nöqteyi-nəzərinə görə, şirkətlər ölkənin istənilən bölgəsində yerləşdirilə bilər”, – deyə nəşr yazıb.
“Globes”ə görə, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra şirkətləri artıq ölkəyə köçmə barədə danışıqlar aparır:
“Bəhs edilən vergi imtiyazları ilə yanaşı, şirkətlərin əməkdaşlarının 4700 ABŞ dollarına qədər aylıq əməkhaqqına sıfır gəlir vergisi dərəcəsi tətbiq olunacaq. İmtiyazları əldə etmək üçün şirkət son bir illik fəaliyyəti haqqında məlumat verməli və ya 200 000 manat ölçüsündə illik dövriyyəsini təsdiq etməlidir. Proqram çərçivəsində yaşayış icazəsinin rəsmiləşdirilməsində və məişət məsələlərinin həllində köməyi ehtiva edən ölkəyə immiqrasiya dəstəyi göstərilir”.
Azərbaycan Avrasiya regionunun texnologiya “atası” olmağa can atır, buna görə bu ölkəyə köçmək şirkətlərə türk ölkələrinə açılan bir qapı kimi fayda verə bilər. Bakının Ankara ilə münasibətləri “Bir millət, iki dövlət” ideyasına əsaslanır. Buna görə Türkiyədə fəaliyyət göstərmək istəyən şirkətlər vəziyyətdən faydalana bilər”, – deyə nəşr yazır.
Bu addım Azərbaycan üçün hansı perspektivlər vəd edə bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı ASTNA-ya danışıb.
* * *
Sual: Ərəstun bəy, yayılan məlumatlara görə, Azərbaycan hökuməti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə gəlməyi təklif edir. Sizcə, bu uğurlu çağırışdırmı? Onların Azərbaycana gəlməyi ölkə üçün hansı perspektiv vəd edir?
Cavab: Əvvəla onu qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən İT (informasiya texnologiyaları) şirkətləri üçün həqiqətən də geniş güzəştlər nəzərdə tutulur. Bu barədə müvafiq normativ sənədlər də mövcuddur, amma həmin sənədlərin mükəmməl olduğunu və orada İT fəaliyyəti ilə üçün zəruri olan bütün məsələlərin nəzərdə tutulduğunu iddia etməkdən çox uzağam. Əksinə, bu sahə ilə əlaqədar normativ hüquqi aktlarda çoxsaylı boşluqlar və qüsurlar mövcuddur. Elə Azərbaycanda fəaliyyət göstərmək üçün İsrailin İT şirkətlərinin dəvət olunması məsələsində də xeyli suallar ortaya çıxır. Özü də həmin sualların əhatə dairəsi olduqca genişdir. Onlar məsələnin təkcə iqtisadi və ya təhlükəsizlik deyil, həm də siyasi və hətta geosiyasi aspektlərinə də aiddir. Amma həmin əməkdaşlıq layihəsi şəffaf olmadığından onun bütün aspektləri haqqında fikir söyləmək çətindir, baxmayaraq ki, elə cəmiyyət üçün açıq olan tərəfləri artıq yetərincə ciddi suallar doğurur. Həmin sualların əsasında sövdələşmənin Azərbaycan üçün müsbət perspektivlərinin ən yaxşı halda minimal olacağını deməyə ciddi əsaslar var.
Sual: Azərbaycanda təhlükəsizlik məsələlərinə riayət olunurmu? Həmin şirkətlərin və İsrailin Azərbaycan üzərindən başqa dövlətlərə, o cümlədən Azərbaycana qarşı kiber casusluq əməliyyatları keçirməyəcəyinə kim zəmanət verə bilər?
Cavab: Belə bir zəmanəti heç kim və ya heç bir ölkə verə bilməz, o cümlədən də nə Azərbaycan əmin ola bilər ki, istənilən xarici şirkət mənsub olduğu ölkənin kəşfiyyat məqsədlərinə xidmət göstərməyəcək, nə də hansısa xarici ölkə buna təminat verə bilər. Əvvəla ona görə ki, istənilən ölkənin İT şirkətlərinin öz dövlət qurumları, o cümlədən də təhlükəsizlik orqanları ilə sıx əməkdaşlığı mövcuddur, ikincisi isə Azərbaycanda təhlükəsizlik, həmçinin də informasiya təhlükəsizliyi sahəsində ümumiyyətlə ciddi uğurların olması görünmür. Bunun bir səbəbi Azərbaycanın dövlət qurumlarının həmin sahədə lazımi təcrübəsinin və kadr potensialının yetərli olmamasıdırsa, digəri isə bir sıra dövlətlərin istər ictimai rəydə, istərsə də dövlətin onlara münasibətində özəl statusa malik olmasıdır. Azərbaycan cəmiyyətində "dost" və "qardaş" dövlət anlayışlarının dominantlıq etməsi də son nəticədə dövlətin təhlükəsizliyinə qarşı işləyir. İctimai şüura belə narrativlərin yeridilməsi təkcə vətəndaşların sayıqlığını itirərək xarici kəşfiyyatların qurbanına çevrilməsinə şərait yaratmır, həm də bu cür dövlətlərin Azərbaycan maraqlarına qarşı fəaliyyətilə bağlı tənqidi yanaşmaları, onların müəlliflərini hədəfə alaraq susdurmağa xidmət edir.
Sual: Azərbaycanda İT sahəsindən başqa niyyətlər üçün istifadə olunduğunu yəqin ki siz də bilirsiniz. “Peqasus” proqramlarını buna misal gətirmək olar. Bu məsələnin altından da İsrail şirkətinin çıxdığı hər kəsə məlumdur. İndi İT sahəsində fəaliyyət göstərən İsrail şirkətlərini Azərbaycana dəvət etmək kimlərin işinə daha çox yarayacaq?
Cavab: "Pegasus" proqramı ilə bağlı qalmaqal hələ üzə çıxan, ifşa edilən hallardandır, əslində isə belə şeylərin nə qədər olmasını biz heç ehtimal da edə bilmərik. Yeri gəlmişkən, "Pegasus" və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş digər oxşar proqramları yaratmış İsrail şirkətlərinə hətta bu ölkənin ən yaxın müttəfiqi olan ABŞ da sanksiyalar tətbiq edib. O zaman İsrail rəsmiləri qeyd edirdilər ki, "Pegasus" terrorçuların fəaliyyətini izləmək məqsədilə Azərbaycan, Sudan və s. bu tipli ölkələrə satılıb, halbuki Azərbaycanda həmin proqram vasitəsilə izlənənlərin istisnasız olaraq hamısı ictimai-siyasi fəallar, müxalifət nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər idi. Görünür, indi də ictimai-siyasi vəziyyət elədir ki, yeni "pegasuslara" və onların yaradıcılarına ehtiyac var. Bu versiya da daha inandırıcı görünür, əks halda 10 il ərzində bütün növ vergilərdən azad edilən, işçiləri 4.700 ABŞ dolları məbləğinədək maaşdan gəlir vergisi ödəməyən, illik dövriyyəsi cəmi 200 min manat təşkil edən, dövlət tərəfindən müxtəlif imtiyazlar verilən xarici şirkətlər Azərbaycan dövlətinə hansı iqtisadi və s. töhfələr verə bilər? Deməli, ehtimal edə bilərik ki, onlar Azərbaycan hakimiyyətinə ölkədəki fəalların izlənməsində yardım göstərmək üçün lazım olublar. Təəssüf ki, belə çirkli işlər də artıq sizin də qeyd etdiyiniz kimi əvvəllər çox görülüb.
Sual: İsrail özü də kiber texnologiyalardan başqa məqsədlər üçün istifadə edir. Livanda yaşanan son peycer partlamalarının İsrail tərəfindən həyata keçirilən kiber terror olduğu deyilir. Kİm zəmanət verə bilər ki, sabah Azərbaycanda da kimlərəsə qarşı bu addımlar atılmayacaq?
Cavab: İsrailin İT texnologiyalardan müxtəlif neqativ məqsədlər üçün istifadə etməsi barədə xeyli faktlar var, hərçənd başqa dövlətlər də bu məsələlərdə fərqli davranış sərgiləmirlər. Livanda həyata keçirilən kiberhücum, onun necə adlandırılmasından asılı olmayaraq, ilk belə miqyasda əməliyyat oldu. Xeyli sayda mülki insanın hücum qurbanı olduğunu və həmin əməliyyatın cəmiyyətdə xof, qorxu, vahimə yaratmağa yönəldiyini nəzərə aldıqda, onu kiberterrorçuluq akti adlandırmaq olar. Digər tərəfdən də Livanda fəaliyyət göstərən və bir sıra aparıcı dövlətlər tərəfindən terrorçu təşkilat kimi tanınan "Hizbullah" ilə İsrail arasında elan olunmamış müharibə gedir. Bu mənada baş verənləri "hərbi cinayət" də adlandırmaq olar, amma bunu buraxaq münaqişə tərəflərinin özlərinin və müvafiq beynəlxalq institutların öhdəsinə. Azərbaycana və ya ölkənin ayrı-ayrı vətəndaşlarına qarşı da nə zamansa oxşar addımların atılmayacağına isə heç kim zəmanət verə bilməz. Ona görə də ölkənin gələcəyini indidən düşünməli və İT sahəsində uğurlu Azərbaycan şirkətlərinin yaradılmasına çalışmaq lazımdır. Ölkənın istər uğuru, istərsə də təhlükəsizliyi üçün yeganə etibarlı zəmanət onlar ola bilər.
Sual: Məsələnin başqa bir tərəfi. İsrailin İT şirkətləri Azərbaycana gələrsə, bu Azərbaycanı başqa ölkələrin hədəfinə gətirməyəcəkmi?
Cavab: Gətirəcək, əlbəttə, özü də bölgə ilə qonşu olan az qala bütün ölkələrin hədəfinə. Bəzən bu kontekstdə məqsədli şəkildə manipulyasiya edərək diqqəti əsasən İrana yönəldirlər ki, ictimai rəydə belə layihələrə bəraət qazandırmağa müvəffəq olsunlar. Halbuki heç qardaş dövlət saydığımız Türkiyənin də buna münasibətinin müsbət olacağını deyə bilmərik. Xüsusilə də Ankara-Tel Əviv münasibtlərinin indiki durumunda. Unutmayaq ki, bölgəni hərtərəfli öz nəzarətində saxlamağa çalışan Rusiya da var və onun Azərbaycana təsirinin miqyası heç kəsdən sirr deyil. İsrailə qarşı düşmən mövqedə olan müxtəlif "proxy" təşkilatları və terrorçu qurumları da bura əlavə etdikdə mənzərə heç də ürəkaçan görünmür.
Sual: Sadaladığımız xoşagəlməz halların gələcəkdə baş verməməsi üçün hansı addımlar atmaq lazımdır?
Cavab: Hər şeydən əvvəl deməliyəm ki, İT sahəsinin inkişafı istənilən ölkə üçün artıq həyati əhəmiyyət kəsb edir. Bircə fakt bunu anlamaq üçün yetərlidir: bu gün kapital həcminə görə dünyanın 10 ən böyük şirkətinin 7-si texnoloji şirkətlərdir. Onlar Apple, Nvidia, Amazon, Microsoft, TSMC, Alphabet, Meta kimi iqtisadi nəhənglərdir. Cəmi 10 il əvvəl bu siyahı tamamilə fərqli idi, cəmi 5 ildən sonra da tam başqa olacaq. Texnoloji inqilab artıq başlayıb və indi həmin sahədə geri qalmaq birdəfəlik keçmişdə qalmağa bərabər ola bilər. Odur ki, bu istiqamətlərdə təxirəsalınmaz addımların atılması son dərəcə zəruridir. Bunun üçün də dünyanın aparıcı universitetlərində təhsil almış, amma Azərbaycanda özünə yer tapa bilməyərək xarici ölkələrdə qalmış azərbaycanlıların ölkəyə qayitmasına şərait yaratmaq lazımdır. Ölkədə fəaliyyət göstərən startupların inkişafına və yenilərinin meydana çıxmasına dövlət dəstəyini həyata keçirmək lazımdır. Bu sahədə təhsilə xüsusi diqqət yetirilməli, İT sahəsində çalışan ölkə vətəndaşlarına xüsusi imtiyazlar təklif olunmalıdır. Yalnız bu halda Azərbaycan özünün güvənli, uğurlu İT sahəsinə sahib ola bilər, ölkənin kibertəhlükəsizliyi etibarlı əllərdə olar. "Pegasuslar" yaradanların, peycer partladanların buna töhfə verə biləcəyi isə heç də inandırıcı görünmür.
“İsrailə qarşı düşmən mövqedə olanları nəzərə alsaq, mənzərə Azərbaycan üçün heç də ürəkaçan görünmür”