İlqar Məmmədov siyasi fəaliyyətini dayandırdı

İlqar Məmmədov bu barədə sentyabrın 21-də “Facebook” hesabında məlumat yayıb.
İ.Məmmədov qeyd edib ki, siyasətdən gedəcəyini 2023-cü ildə anons edib:
“2023-cü ildə həm prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəyimi demişdim.Söz verdiyim kimi publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”, – deyə o qeyd edib.
İlqar Məmmədov sentyabrın 1-də keçirilən parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçkilərə qatılmışdı. Bu dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib elan olunub.