Müqtəda Sədr: “İsraillə ünsiyyət cinayət hesab edilməli, Amerika ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır”

Sədr X sosial şəbəkəsində yazıb: "İsrail heç bir maneə törətmədən bütün humanitar qanunları və beynəlxalq məhkəmə qərarlarını rədd edir, halbuki hər hansı bir ölkə bunu etsə, cəhənnəmə çevrilər".

İraqdakı Sədr hərəkatının lideri Seyyid Müqtəda Sədr deyib: “İsrail yəhudi ekstremizmi əsasında qurulmuş bir rejimdir. Bu rejimin bütün çirkinlikləri ilə fələstinliləri məhv etməyə icazəlidir, hərçəndi, bütün beynəlxalq qanun və qaydalara, bütün dini qanunlara görə bu qadağandır.

İsrail bütün qəbilələrə, dinlərə və irqlərə zülm edərkən, minlərlə fələstinlini Qəzzada həbs edib, onların ən fundamental hüquqlarından istifadə etmələrinə həyasızcasına əngəl törətdiyi halda, özünü dünyanın ən demokratik və azadlıq tərəfdarı kimi təqdim edir. Əgər bir hökumət bunu etsəydi, onu diktator və tiran olmaqda ittiham edərdilər. Bu rejim başqa ölkələri bombalayır, onların suverenliyini pozur, açıq beynəlxalq dəstəklə onların daxili işlərinə qarışır, baxmayaraq ki, bunlar başqa ölkələr üçün qadağandır.

Amerika Fələstində, Livanda və digər bölgələrdə sionistlərin bütün terror aktlarını dəstəkləyir. Ona görə də mən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının aşağıdakıları qətiyyətlə qəbul etmələrini istəyirəm:

Birincisi: İsraillə qarşılıqlı əlaqə və ünsiyyəti kriminallaşdırmaq. Sionist və terrorçu rejimlə münasibətləri normallaşdıran hər bir ərəb və islam ölkəsini təcrid etmək.

İkincisi: Amerikanın ərəb və islam ölkələrinə müdaxiləsini zərərsizləşdirmək və bu ölkənin səfirliyini zərərsizləşdirmək, həm də Amerika ilə iqtisadi əlaqələri kəsməyə çalışmaq.

Üçüncü: İslam və ərəb ölkələrinin Birləşmiş Millətlər Təşkilatı və ya Təhlükəsizlik Şurasından sionist rejim əleyhinə qətnamə qəbul etmək üçün birgə və rəsmi səylərin göstərilməsi.

Dördüncüsü: İraqda ilk addım kimi mən parlamentdən Amerikanın İraqdakı diplomatik səviyyəsini aşağı salmaq üçün qeyri-zorakılıqsız qətnamə qəbul etməsini istəyirəm və əgər İraq hökuməti bunu həyata keçirməsə, mən bu qətnaməni dəstəkləməyə hazıram.”