İsraillilər bu həftə şənbə axşamları nümayişlərini davam etdirərək, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasına mane olmaqda ittiham etdikləri Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin istefasını tələb ediblər.
Bu həftə İsrail boyu yüz minlərlə insan Qəzzada əsirlərin geri qaytarılması üçün imzalanacaq atəşkəs razılaşmasına dair istəksiz siyasi iradəni tənqid etdi və ölkə tarixindəki "ən sağçı hökumətin" istefası tələblərini təkrarlayaraq erkən seçkilər istədilər.
Təl-Əviv, Hayfa və Qərbi Qüdsdə, eləcə də Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhərində və ölkənin müxtəlif yerlərində hökumətin istefası və əsirlərin geri qaytarılması tələb edilib.
Etirazçılar baş nazir Netanyahuya və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar, plakatlar və bannerlər qaldırıblar.
İsrailli məhbusların ailələri Netanyahu hakimiyyətdə qaldıqca Qəzzada hücumların dayanmayacağını vurğulayıblar.
Qərbi Qüdsdə hökumətin istefasını və Qəzza zolağındakı əsirlərin geri qaytarılması üçün bir an əvvəl razılaşmanın imzalanmasını istəyən israillilər etirazlarını davam etdiriblər.
Netanyahu əleyhdarı olan yüz minlərlə israilli yenidən küçələrə axışdı