İsrail terror təşkilatı kimi hərəkət edir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda baş verən peycer partlayışları məsələsi barədə danışarkən bəyan edib.
“İsrail yenə də terror təşkilatı kimi hücumlar törədir. Xüsusilə də, hazırda (İsrailin) (Livanda) həyata keçirdiyi bu rəqəmsal hücumlar bunun bariz göstəricisidir“, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu hücum açıq şəkildə ortaya qoydu ki, İsrail üçün mülki əhalinin həyatı əhəmiyyət kəsb etmir, İsrail “öz mənfur məqsədlərinə çatmaq üçün hər yola əl atacaq“.
“Bu hücumunun başqa bir mənası da budur ki, bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq, bəzi Qərb ölkələrinin də dəstəyini alan İsrail, təəssüf ki, münaqişəni Livan və bütün regionda yayır“, – deyə o əlavə edib.
Az.shafaqna
Ərdoğan İsraili “terror təşkilatı” adlandırdı