Sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, inanclı Əsgərov Rüstəm Əsgər oğlunun növbəti məhkəməsi davam edib. Məhkəmə iclası bu dəfə də açıq formada, lakin Rüstəm Əsgərovun məhkəmədə vertual iştirakı ilə baş tutub.
Hakim protokol sənədləri çevirərək şahidlərin gəlməsi gözləyərkən Rüstəm Əsgərov hakimin sənəddə qeyd edilən iddialara öz iradını bildirib. O bir daha narkotiklərlə bağlı ittihamın inanclı şəxslərə tətbiqinin gülünc olduğunu, eyni halda maddənin özünün belə bu işin qurama olduğuna dəlil kimi dəyərləndirərək bütün bunların qəbuledilməz olduğunu söyləyib.
“Biz dindar olduğumuz üçün həbs edilmişik. Mən həbs səbəbindən böhran yaşayan məhbus ailələrinə kömək etmək, yığılan yardımları ailələrə çatdırmaq üçün hakimiyyət tərəfindən cəzalandırılıram. Addımımdan zərrə qədər olsun belə peşman deyiləm. Mənə banditizmdə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) dedilər ki, Hacı Talehin yolunu getmək, məhbus ailələrinə kömək etmək, MBH şəhidlərini tanıtmaq bu gün səni bura gətirib.”
Rüstəm Əsgərov bir daha yaşadığı dəhşətli işgəncələrdən danışaraq bütün bunların ölkədə inanca qarşı təzyiq olaraq icra edildiyini, həbslərin də bu səbəbdən gerçəkləşdiyini məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə şahidlərin iclasa qatılmama səbəbindən oktyabrın 18-nə qədər ertələnib.
Xatırladaq ki, Rüstəm Əsgərov ölkədə anti-islam çərçivəsində davam edilən həbslər çərçivəsində 2024-cü il 12 aprel tarixində yaşadığı Ceyranbatan ərazisində saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan gənc MBH ailəsinin sayı 78-ə çatan həbs olunan üzvlərindən biridir.
“Biz Tale Bağırzadənin tərəfdarı, inanclı olduğumuz üçün cəzalanırıq”