Ayətullah Cavadi Amuli: Ləyaqət bizim sosial kimliyimizin ən mühüm hissəsidir

Ayətullah Cavadi Amuli dedi: “Ləyaqət bizim sosial kimliyimizin ən mühüm hissəsidir. Buna diqqət yetirin.”

Bu sözləri təqlid mötəbəri əxlaq dərslərinin birində belə deyib.

 “Özünü bağışlanmaqla ətirli et ki, günah küləkləri səni rüsvay etməsin. Biz ləyaqətimizlə yaşayırıq, günah bizim ləyaqətimizi məhv edir! Bağışlanma diləmək, ətirlənmək kimidir.

Əmirəl-Mominin deyir: Sən bilirsənmi günah nədir? Günah acı bir xəstəlikdir! Bəzi otlar taun xəstəliyinə səbəb olur, bunu heyvan bilmir ki, ot belə xəstəlik daşıyır. Heyvan onun yaşıllığına doğru hərəkət edir, ona tərəf gedir.

Bizlərdə bəzən beləyik. Günahın gözəlliyinə aldanıb onun yaratdığı acı nəticəni, taunu diqqətə almırıq. Nəticə necə olur? Günahlar dünyada insanın ləyaqətini sarsıdır, axirətdə isə ağrıdıcı əzaba səbəb olur.

Biz ləyaqətimizlə yaşayırıq. Ləyaqətini itirmiş insan niyə ölümü istəyir? Niyə intihar edir? Çünki şərəfsiz olmaq, ləyaqəti itirmək ölməkdən də pisdir.

Axı O, əmr edib ki, ləyaqətlə yaşayasan. Reputasiya sosial kimliyimizin mühüm hissəsidir; “Buna diqqət yetirin” deyir.