Argentina Futbol Assosiasiyası olimpiadadakı oyundan sonra FIFA-ya şikayət edib

Argentina Futbol Assosiasiyası (AFA) Paris Yay Olimpiya Oyunlarının qrup mərhələsinin I turu çərçivəsində Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FIFA Intizam Komitəsinə şikayət edib.

Bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.

AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.

Komandalar arasında görüş 61-ci dəqiqədə dayandırılıb. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydana qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatdırılıb. Argentinanın ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

 

Report