Sovetlərin qurulması ilkin dövrlərdə sistemləşdirilmiş köklü dəyərlərə qarşı layihələri kiçik incəliklərinə qədər araşdırmaqla növbəti addımı planlayırdı. Ziyalılar, elm adamları, qəhrəmanlar, bir sözlə beyin və ürək sahibləri xalqın dəyişilməsini qoruyan səbəblər olduğu üçün addım elə bundan da başladı. Ardınca bu dəyərləri özündə ehtiva edən simvolik xüsusiyyətlər, kitab və yazılar, əşya və tikililər də hədəfə alındı.
Təmizləmə siyasətinin amansız reperessiyası ardınca II Dünya müharibəsi, itkilər, xəstəliklər və səfalət insanların zərbə üzərindən zərbə yaşaması ilə nəticələndi. Bütün bunlar xüsusi dəyişikliklərə səbəb olsa da, bir şey xalqın düşüncəsində öz müqəddəs vücudunu qoruya bildi, bu inanc və inam idi.
Sovetlər bütün cəhdlərinin müqabilində inancın müqəddəs təsiri, pak ruhunu qaldırmaq gücüdə olmadığını qəbul etmək məcburiyyətində qaldıqları zaman belə bir nəticəyə gəldilər ki, inancın gözdən salınması kimi incə bir addımla bu dəyərin daxildən sarsıdılması kimi mümkün bir cəhdi ortaya qoysunlar.
Belə olan halda sovet ideologiyası hər növ fiziki və əqli naqisləri Səmərqənd sünnü məktəbində şiə libasına bükərək Azərbaycan xalqında həqiqi ruhanilərin zehni sevgisinə iti bir zərbə endirməyə çalışdı. Ayətullah Qarabağilər, Ayətullah İrəvanilər, Badikubəlilər, Ordubadilərin yerinə tezliklə planlı hazırlanan və adı da xüsusi seçilən “molla”lar əvəzləndi.
Bəziləri pul hərisi, bəziləri şəhvətpərəst, böyük əksəriyyəti isə zəkazəifliyinin təsirindən uzun zaman onların İslam qalasına vurduqları zərbələr xalqın daxilində din və ruhaniyyət haqqında fikirlərdə ikili təsirlər yarada bildi.
Sovetlərin tənəzzülündən sonra yenidən pak nəfəsli ruhanilərin həqiqi İslam güzgüsünə tutduğu gerçəkliklər, südü pozuqlar istisna olaraq İslamın beyinlərdə yaradılan yanlış obrazını silib ata bildi. Mərhum Hacı Şahin Həsəlinin simasında xalqın ruhani sevgisini necə yaşayıb və yaşatmağa davam etməsi deyilənlərə əyani sübutdur.
Bununla belə bu günün dəyişmədən davamlı olaraq eyni ssenarini müasir adlarla icraçıları ölkənin sovet mexanizmində təmizləmə metodu bir çox sahələri məhdudlaşdırsa da, eyni problem bu günün rejimi üçün də aktuallığını qoruyub. Din hər növ təzyiq və ittihamların, həbs və işgəncələrin müqabilində paklıq və şərəf duruşunda məğrurdur. Hər növ şər, böhtan, yalan və şübhə onu xalqın sevgisindən, ona məhəbbətdən kənar tuta bilmir. Hazırlanan topa-topa qanunlar dinə qarşı qadağa cəbhəsi yaratsa da, bu, xalqın sevgisini və bağlılığını nəinki azaldır, hətta daha da artırır.
Belə olan halda bu günün hakimiyyəti eyni ilə tarixin səhifələrində “dinsiz rejim” kimi qalan sovetlərin daxildən dini gözdən salma mexanizmini həyata keçirmə planlarını işləməyə başlayır. Bunun üçün isə hədəf dinin siması olaraq ruhanilərə qarşı məkirli plandır.
Azyaşlıların məscidə buraxılmaması həqiqətdə hakimiyyəti ruhanilərin hədəfə alınması üçün düşündüyü sovet idarə üsuludur. Bunu tam olaraq icra edəcək tərəf qanunu qoruyan orqan olaraq polisin səlahiyyətlərindəndir. Heç bir məntiq qəbul etməyən bu qərar polislərin icrasında şübhəsiz bir problemi qabardacaq. Bu da hakimiyyətin polis geyiminin artıq illərdir imicini yerlə bir edən qanunsuzluqlar fonunda bir də uşaqların İmam Hüseyn (ə) məclisinə, Allah evlərinə buraxılmamasıdır. Bu isə onsuzda pis olan baxışın daha acınacaqlı hala gəlməsi deməkdir.
Hakimiyyət bu nöqtədə ata-baba irsinə sədaqət nümayiş etdirərək, zərbəni ruhanilər üzərinə qoyaraq həm dinin gözdən salınması planını həyata keçirmiş, həm də polis simasını hədəfdən yayındırmış olur. Rejim məhərrəm məclislərinə qadağanı ruhanilərə tapşıraraq uşaqların məscidə buraxılacağı halda onların öz kürsülərini itirmələri kimi fikirlər irəli sürüncə vəzifə hərisliyinin bir zamanlar sovet düşüncəsinə yardımı bu günün bəzi məscid mollalarını da hakimiyyətin əlində maşaya çevirə bildi. Uşaqların məscidə gəlməsinə qadağanı cani dildən Allah Rəsulunun (s) mənbərindən ağız dolusu, böyük həyəcanla söyləyən bir çox ruhanilər bu sözü deyərkən başları üzərindəki hakimiyyət tərəfindən asılmış kameralara baxsalar da, təəəssüf ki, o kamerani belə əhatə edən Allah kameralarına hansı simada düşmələrini görməzdən gəldilər.
Bunun acı tərəfi isə inanclı inasanlar, elə məscidə buraxılmayan, bəzən isə qovulan uşaqların mənbərdə olan şəxsin simasında din haqqında düşüncələrindəki sarsıntı bu addımın arxasında gizlənən əsas səbəbdir. Hakimiyyət bir zamanlar sovetlərin məkirli planı kimi bu gün də ruhaniləri uşaqların məscidə gəlməsinə qadağaçı qismində oyuna buraxmaqla dinə sevgiyə çarpaz zərbə vurmağa çalışır. Nümunə olan, dini sevdirən ruhaniyyət bu gün uşaqları məsciddən qovan, açıq formada məscidə gəlməsinə qadağa qoyan bir fikir formalaşdırmaqla dinə amansız zərbə vurmağa davam etməkdədir.
Onun düşüncəsinə görə, uşaqların məscidə gəlməsini qadağan edən qanuna riayət etməklə yerdə qalan insanların rahat ibadət etmə hüquqlarını qoruduğu təsəvvürü həqiqətdə gələcək nəsillərin din və ruhanilərə nifrət bəsləməklə İslama ən qatı zərbə vurmuş addımıdır.
Bu gün Allah Rəsulunun mənbərində oturub oradan uşaqların məscidə gəlməməsi üçün öz düşüncəsində hər hansı bir səbəb düşünən “din xadimi” həqiqətdə səbəblərin fövqündə duran iyrənc bir oyuna vasitəçi olduğunu anlaması böyük zəka, sonsuz elm tələb etmir.
Hakimiyyət uşaqları niyə məscidə buraxmır?