Təbii sistemləşdirilmiş idarəçilik, əsrlərdir müəyyən olunmuş prinsipləri daxilində fəaliyyətdə ikən bütün yaradılış insan adlanan varlığa xidmətdədir. Sonsuz görünən bu kəşkəşanların yaranma səbəbi olan insan Rəbbin kamillik əsəri olaraq xilqətin zirvəsindədir.
Əlbəttə, Quranın buyurduğu kimi ağıl və nəfs paralelində olan insanın bəzən istəklərinə aldanaraq yaranış hədəfindən, mərkəzdən uzaqlaşma nəticəsi onu hədəfə yetməyən bir ömrə sahib edir. Əyləncənin yaratdığı gözəllik illuziyası, aldadıcı şirinliklər təkcə dünyanın ruhunda gizlənən gözəlliklə bağlı deyil, eyni halda insanın daxilindəki yırtıcı nəfs və onun qədər təhlükəli olan dünya iblislərinin müxtəlif tələləri sonunda insanı zəlalət zəncirinə vuraraq əbədi əzaba düçar olmasına gətirib çıxarır.
Bütün bunların toruna düşməmək, İlahi çağrışların çoxsaylı sədaları belə bəzən insanın qəflət etməsi üçün yetərli olmur. Uyuşdurucunun təsirində xumarlanan insan məhvə uğramaqda ikən artıq səslənməyə deyil, qüvvətli bir əl vasitəsi ilə silkələmənməyə, onu məhv olmaqdan qurtarmağa ehtiyac duyduğu bir əl son nümid olaraq insana uzanmalıdır. Bu soyuqdan donaraq qanın ağır hərəkətində yuxulayan insanın silkələnərək hərəkətə gətirilmədiyi halda vəziyyəti ölüm nöqtəsi ilə bitməsi qaçılmaz olan bir hal kimidir.
Məhz Aşura məktəbi belə bir təsirə malikdir. O, ilin 365 gününü dünyanın xumarlandırdığı, əyləncə və ləzzətlərlə aldatdığı insana onu titrədəcək bir hərarət gətirərək mərkəzə, öz hədəfinə qaytarmaq roluna malikdir. Aşura nəfsin önünə qanla sədd çəkib, dünya əyləncəsini şəhadətlə soyudub və iblisləri Rəbbin rəhmət gözəlliyi ilə özündən uzaqlaşdıraraq həqiqi yaranma hədəfinə dönüşü gerçəkləşdirir.
Bütün batil güclərin planlarını pozan həqiqət günəşi Aşura, Allahın insanlara Öz dəyərli İmamının şəhadəti ilə göstərdiyi haqqın təcəllasıdır. O, zamanın təsirinə məruz qalmayan əzəmətli bir qaladır. Allahın “La ilahə İlləllah” adlandırdığı bu qala bəşər ruhunun nicat gəmisi və hidayət çırağıdır. Şübhəsiz bu dəyərin mükafatını qazanmış Hüseyn (ə) yaradılış hədəfinin mərkəzində bəşəri fədakarlığın simvoludur ki, onun bu addımı İslamın varlığını öz qoynuna almaq qədər əzizlənmiş və qiymətləndirilmişdir.
Aşura növbəti titrəyişlə bəşərin qəflət dünyasına yaxınlaşır, mərkəzdən uzaqlaşan, hədəfdə unutqanlığa uğrayanları həqiqətə, haqqa əməli dəvət etmək missiyası, batilin yalan dolu dünyasını, aldadıcı rənglərlə bəzədiyi aləmi alt-üst etməklə. Növbəti Aşura yaxınlaşır...
Aşura yaxınlaşır