Zaman gələcək ki, dövrünün , Şeyx Nimiri, Mandellası, İmam Xomeynisi olan bu şəxs böyük hadisələrə imzası ilə tarix yazacaq.
Tale Bağırzadə haqqında dövrü mətbuatın işqlandırdığı məlumatların fonunda ilahiyyatçı, ziyalı, islahatçı, siyasi dünya görüşü ilə fərqlənən bir insan dursa da, həqiqətdə o, ömrünün gənc yaşlarını vətəni, xalqı və dini üçün bütün çətinliklərə sinə gərən bir insandır.
Bağırzadə Tale Kamil oğlu 23 iyun 1984-cü ildə Bakıda, zəhmətkeş bir ailədə dünyaya göz açır. Üç qardaşın sonuncusu olan Tale ailənin ciddi qaydaları çərçivəsində tərbiyələnir. İbtidai təhsil dövründə dərs əlaçıları sırasında yer alaraq o, təkcə iti zəkası ilə deyil, əxlaqi göstəriciləri ilə diqqət çəkir. Təsadüfi deyil ki, xüsusi mənəvi dəyərlərin təsiri erkən yaşlarından onda inanca qarşı da özəl bir sevgi yaradır. Orta məktəbi bitirdikdən sonra 2002-2006-ci illər arası ilahiyyatçı, Azərbaycan Dövlət İqtisad Universitetində ail təhsilə yiyələnir. 2008-ci il hərbi xidməti başa vurduqdan sonra Tale, 2005-ci ildə başladığı ibtidai dini bilgilərini davam etdirmək üçün İranın Qum şəhərinə yollanır. 2010-cu ildən 2011-ci ilin mayınadək isə ilahiyyatçı, İraqın Nəcəf şəhərində dini təhsilə yiyələnir. 2011-ci ilin mayın 5-də, dönüşündən bir neçə gün sonra Tale Bağırzadə ölkədə baş qaldıran hicab qadağasına etiraz olaraq Təhsil Nazirliyi önündə "Hicab qadağasına yox!" aksiyasında təşkilatçı və iştirakı səbəbindən həbs edilir. 2012-ci ilin noyabrında azadlığa çıxan ilahiyyatçı bir neçə ay Hz Əbəlfəz məscidində xüsusi həyat yükü daşıyan moizə çıxışlar edir. Böyük kütlənin qısa zamanda toplandığı bu nöqtə hakimiyyətin ciddi narahatlıq mənbəyi olaraq diqqətə gəlir. Elə bu səbəbdən də 2013-cü il martın 31-də Tale Bağırzadə növbəti dəfə saxlanılır. 2015-ci ilin iyulun sonuna qədər sürən bu həbs dövründə o, Müsəlman Birliyi Hərəkatını qura bilir.
Həbsdən çıxdığı qısa dövr də, böyük həyat yükünü çiyinlərində daşıyan islahatçı ruhani üçün asan olmur. Hz Əbəlfəz məscidində Aşura çıxışı tarixi hadisələrdən biri olaraq ciddi rezonansa səbəb olur. Oktyabr və Noyabr aylarında isə Hacı Baxşı məscidində hakimiyyətin ifşaedici çıxışları isə rejimin 2015-ci il qanlı Nardaran hadisələrini törətməklə onun növbəti dəfə həbsinə rəvac verir.
Dəhşətli işgəncələrlə müşayət olunan istintaqda yaşananlar elə ilahiyyatçının dilindən məhkəmələr dövründə səsləndirilir. Bütün saxta ittihamları rədd edən Tale Bağırzadə hakimiyyətin azad düşüncəyə yönəli adımlarını ölkədə diktatur rejmin daha möhkəm reperessiyalar yaratması ilə əlaqələndirir. Aylarla sürən məhkəmə iclası 25 yanvar 2017-ci ildə Tale Bağırzadəni 20 il azadlıqdan məhrum etməsi ilə nəticələnir.
4 oğul atası ilahiyyatçı bu gün də həbs həyatında olmasına baxmayaraq ölkədə əhəmiyyətli hadisələr daxil, dünyada səhnəsində baş verən olayları yaxından izləyir və öz mövqeyində təkcə seyirçi deyil, eyni halda iştirakçı olaraq dəyərləndirməsini aparmaqdadır.
Bu gün ilahiyyatçı Hacı Tale Bağırzadənin 40 yaşı tamam olur