İŞİD liderinin öldürüldüyünü təsdiqləyib

İŞİD qruplaşmanın lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin öldürüldüyünü təsdiqləyib. İŞİD sözçüsü təşkilata bağlı Telegram kanallarında yayımlanan səs yazısında Qureyşinin İdlibdə Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatı ilə "birbaşa toqquşmalarda" öldüyünü bildirib. Sözçü əl-Qüreyşinin dəqiq nə vaxt öldürüldüyü ilə bağlı təfərrüatlar açıqlamayıb və öldürülən liderin yerinə Əbu Həfs əl-Haşimi əl-Qureyşinin gətirildiyini açıqlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan aprel ayında verdiyi açıqlamada Əl Qureyşinin türk kəşfiyyat qüvvələri tərəfindən öldürüldüyünü bildirmişdi. Mövzu ilə bağlı açıqlamasında Ərdoğan, “MİT uzun müddətdir ki, İŞİD-in sözdə lideri Əbu Hüseyn əl Qureşi kod adlı şəxsi izləyir. Bu şəxs dünən Milli Kəşfiyyat Təşkilatımızın Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib” - deyə o bildirib.

İŞİD-in sözçüsü isə dünən Telegram-da yayımlanan səs yazısında iddia edib ki, Suriyanın İdlib əyalətində silahlı müxalifətin nəzarətində olan ərazilərə nəzarət edən “Həyat Təhrir əş-Şam” təşkilatı öldürüləndən sonra cənazəni Türkiyəyə çatdırıb.

Anadolu Agentliyi (AA) o dövrdə mövzu ilə bağlı xəbərində Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada 4 saatlıq əməliyyatla Qureyşi 'zərərsizləşdirdiyini' və 'Qüreyşinin öldürüləcəyini anlayanda üzərindəki kamikadzeni partlatdığını' yazmışdı. tutuldu.. HTŞ həmçinin İŞİD liderini hədəf alan heç bir əməliyyat keçirməyib. İŞİD HTŞ-ni “Ankaranın maraqlarına işləməkdə” ittiham edir.