Dəməşqdə məsciddə terrorda 5 nəfər ölüb, 46 yaralanıb

Suriya paytaxtının cənubunda məsciddə park edilmiş taksi avtomobilində partlayıcı qurğu işə düşüb.

Şübhə yoxdur ki, bu addım təkvirçilər tərəfindən Aşura mərasimlərinə qarşı atılan addımdır. Partlayış nəticəsində 5-dən çox adam ölüb, daha 46 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da var.

Bu, son iki gündə şiələrin Seyyidə-Zeynəb məscidində baş verən ikinci partlayışdır. İyulun 25-də təxminən eyni yerdə naməlum şəxslər tərəfindən motosiklet partladılıb, iki nəfər yaralanıb. Tasua günü, iyunun 27-də baş tutan növbəti terror aktı da eyni hədəfə, Aşura mərasimlərinə qarşı təxribat aktıdır. 

Ölənlərin sayının artacağı istisna edilmir.