İsrail və Fələstin rəsmiləri İordaniyada görüş keçirir

İsrail və Fələstinin yüksək səviyyəli rəsmiləri bazar günü İordaniyada görüş keçirir. Qırmızı dənizdəki Aqaba limanında bir günlük konfrans İsrail və fələstinlilər arasında son zamanlar artan zorakılığın qarşısını almaq məqsədi daşıyır.

Lakin bir fələstinli silahlının işğal altındakı İordan çayının qərb sahilində İsrail avtomobilinə atəş açması nəticəsində iki israilli, yüksək səviyyəli siyasətçi və məskunlaşma liderləri öldürülməsi görüşü kölgə altına alıb.

Bu il israillilərlə toqquşmalarda onlarla fələstinli həlak olub.

Hücum İsrail ordusunun yaxınlıqdakı Fələstin şəhərində 10 nəfərin ölümü ilə nəticələnən ölümcül basqından bir neçə gün sonra baş verib.

Hərbçilər İordan çayının qərb sahilinin əsas magistral yolunda avtomobilə atəş açaraq qaçan təcavüzkarın axtarışlarının aparıldığını bildirib.

İsrailin müdafiə naziri İordan çayının qərb sahilində hərbi mövcudluğu gücləndirməyə çağırıb. İsrail Nazirlər Kabineti ilkin addımda ölümcül hücumlarda iştirak edən fələstinli yaraqlılara edam cəzası tətbiq edilməsi təklifini təsdiqləyib.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahunun hakimiyyətə qayıdışı və İsrailin yəhudi məskunlaşmasını genişləndirməyi planlaşdırdığını açıqlaması bölgədə gərgin vəziyyətə gətirib çıxarıb.

 

Amerikan;n Səsi

Çoxdandır ki, bu kimi toplantı keçirilmirdi.

"Bu, böyük nailiyyətdir", İordaniya rəsmisi Reuters agentliyinə deyib.

Lakin bir neçə fələstinli qrup Fələstin administrasiyasından görüşü ləğv etməyi xahiş edib.