Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskiyenin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.
"Report.az" xəbər verir ki, səfər sentyabrın 11-12-də nəzərdə tutulub.
AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub.
Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı "dəyirmi masa"da da iştirak edəcək.
Paskiyenin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb
Oxşar xəbərlər