Amerika Erməni Milli Assambleyası (AEMA) Konqres tərəfindən Dağlıq Qarabağa ayrılan maliyyə yardımının iki ay ərzində dayandırılacağı barədə planları açıqlayıb.
Ermənistan KİV Amerika Erməni Araşdırmaları Mərkəzinin direktoru Suren Sarqsyanın sözlərindən sitat gətirərək bildirib ki, ABŞ hökuməti ərazilərin minalardan təmizlənməsi üçün Qarabağa ayrılan yardımı azaltmağı planlaşdırır.
"USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən maliyyələşdirilən proqram və onun dayandırılması özü-özlüyündə ciddi mesajdır və ciddi siyasi nəticələri ola bilər. Bu, siyasi və hüquqi presedent ola bilər ki, bunun da nəticəsini hamımız bilirik", - o deyib.
ABŞ Ermənistandan sonra yeganə ölkədir ki, Qarabağın müstəqilliyini tanımadan ona birbaşa maliyyə yardımı göstərir.
ABŞ Qarabağ ermənilərinə maliyyə yardımını dayandıra bilər
Oxşar xəbərlər