İranda 4,7 bal gücündə zəlzələ olub

İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
 
Trend-in məlumatına görə, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib ki, zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.
 
Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.
 
Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.