Müstəqil media orqanı olan arqument.az saytına ölkə ərazisində giriş tamamilə məhdudlaşdırılıb. Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat yayıb. O deyib ki, sayta vpn-lə də giriş mümkün deyil və bloklanmadan sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib.
Baş redaktor heç bir məhkəmə qərarının olmadığını deyib. Bloklanmanın konkret hansı səbəblə olduğu da ona məlum deyil.
Arqument.az saytı ilk dəfə deyil ki, bloklanır. Bundan əvvəl də bu hal baş verib. Lakin bir müddət sonra məhkəmə qərarı ilə sayta giriş bərpə edilib.
2018-ci ilin avqustunda saytda yayımlanan 2 yazıya görə məhkəmə onu ölkə ərazisində bloklamışdı. Hələ o vaxt saytın rəhbəri deyirdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.
Daha bir sayta giriş bloklanıb
Oxşar xəbərlər