Şabranda 8 yaşlı uşaq antibiotik iynə vurulduqdan sonra ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gülnur Dadaşovanın halı pisləşdiyi üçün valideynləri tanış tibb işçisinə müraciət ediblər. Həkim uşağa iynə vurduqdan sonra onun vəziyyəti kritikləşib və komatoz vəziyyətə düşüb.
Bundan sonra valideyinləri uşağı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq qərarına gəlib. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti kritik olduğundan, onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülməsi qərarı alınıb. Göstərilən bütün tədbirlərə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.
Baş vermiş faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi istintaq başa çatdıqdan sonra məlum olacaq.
Azərbaycanda uşaq antibiotik vurulandan sonra öldü

Oxşar xəbərlər