Dünyada 1,2 milyard yeniyetmə, uşaqlıq dövrlərinin tez bitməsi ilə üzləşir. Al-Jazeera-ya istinadla verilən məlumata görə, bu barədə Save the Children-in hesabatında bildirilir.
Beynəlxalq Xeyriyyə Cəmiyyətinin məlumatlarına görə, dünyada yaşayan uşaqların yarıdan çoxu münaqişələr və yoxsulluğun əsarətindədir, mütəmadi olaraq gender bərabərsizliyinə məruz qalır. Sənəddə deyilir ki, azı 1,2 uşaq bu sadalanan problemlərin 1-i, 153 milyon uşaq isə hamısı ilə üzləşir.
Təşkilat dünyadakı uşaqların həyat şəraitlərinin düzəlməsi üçün hökumətlərə müraciət edib: «Hər bir uşağa həyatlarını daha da yaxşılaşdırmaq üçün hökumətlər daha çox iş görməlidirlər».
Hesabatda deyilir ki, 1 milyard uşaq yoxsulluğun geniş yayıldığı ölkələrdə, 240 milyonu isə daimi münaqişənin olduğu ərazilərdə yaşayır. Bundan başqa 575 milyon qız uşağı cinsiyyət ayrı seçkilinin geniş yayıldığı dövlətlərdə yaşayır.
Save the Children: Dünyada 1,2 milyon uşaq vaxtından tez "böyüyür"

Oxşar xəbərlər