Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müxalifətin yanvarın 26-sı saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verməməsinin səbəbi açıqlanıb.
"Report" xəbər verir ki, buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırmasıdır.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Seyidovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.
Müxalifətin mitinqinə icazə verilməməsinin səbəbi açıqlanıb
Oxşar xəbərlər