Paşinyan baş nazirliyə namizəd oldu

Daşnaksütyun: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik

Serj Sarkisyanın baş nazir postundan istefa verməsinə baxmayaraq, düşmən ölkədə siyasi gərginlik hələ də davam edir. Müxalifətin çağırışlarına dövlət qurumlarının da qoşulması Ermənistanda formalaşmış  hakim koalisiyanı da  dağılıb. 

Gununsesi.info bildirir ki, artıq Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik”.

“Yelk” fraksiyası isə Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Ermənistan KİV-ləri xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb.

“Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib”, – sənəddə qeyd olunub.